Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Kriminal / ​​Şəkidə dəhşət: Bir ailənin 4 üzvü olmaqla 6 nəfər qəzaya düşdü – VİDEO

​​Şəkidə dəhşət: Bir ailənin 4 üzvü olmaqla 6 nəfər qəzaya düşdü – VİDEO

Axşam saatlarında Baş Göynük avtomobil yolunda “VAZ 21 012” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

ARB Şəki xəbər verir ki, nəticədə Şəki rayonu Baş Şabalıd kənd sakinləri 63 yaşlı Səlim Səlimov, onun qızı 31 yaşlı Reyhanə Səlimova, 18 yaşlı Cəbrayıl Həsənov, onun anası 38 yaşlı Çinarə Həsənova, Şin kənd sakini 1963-cü il təvəllüdlü Aydın Paşayev və Qax rayon sakini 28 yaşlı Tural Rəsulov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan Cəbrayıl Həsənov və Tural Rəsulovun müalicələri xəstəxananın reanimasiya şöbəsində, Səlim Səlimovun müalicəsi isə cərrahiyə şöbəsində aparılır. Reyhanə Səlimova, Aydın Paşayev və Çinarə Həsənovanın vəziyyətləri yüngül olduqlarından onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Fakt araşdırılır.

Həmçinin oxuyun

Bakıda qadın özünü 9-cu mərtəbədən atdı

Bakıda 41 yaşlı qadın özünü öldürüb. “Report” xəbər verir ki, Nərimanov rayonunda 1977-ci il təvəllüdlü …