Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Əmanətlərimizi nədə saxlayırıq: manatda yoxsa dollarda? – TƏHLİL

Əmanətlərimizi nədə saxlayırıq: manatda yoxsa dollarda? – TƏHLİL

Banklarda olan depozit bazasının valyutalar üzrə strukturu onu göstərir ki, dollarlaşmanın səviyyəsi yüksək olaraq qalır. Üstəlik, bank sektorunda dayanıqlı maliyyə mənbəyi hesab edilən müddətli depozitlər üzrə əsas valyuta mənbəyi də dollarladır. Halbu ki, qorunan əmanətlər üzrə dollarla 3 faiz, manatla 15%-dən yuxarı faizlər təklif olunur.  Qeyd edək ki, təhlil  Mərkəzi Bankın statistikasına əsaslanır.

Beləliklə, 2016-cı ilin yanvar ayı üzrə ümumi depozitlərin həcmi 22 milyard 576 milyon manat təşkil edir. Onun milli valyutada yerləşdirilən hissəsinin 1 milyard 853 milyon manatını tələbli depozitlər, 2 milyard 162 milyon manatını isə müddətli depozitlər təşkil edir. Yanvar ayında yerləşdirilən depozitlərin xarici valyutada ümumi həcmi isə 18 milyard 561 milyon manat edib. Bunun 4 milyard 993 milyon manatını tələbli, 13 milyard 568 milyon manatını isə müddətli depozitlər təşkil edir. Yanvar ayından sonrakı müddətdə depozitlərin ümumi həcmində artmalar və azalmalar müşahidə olunub. Lakin bu artım və azalmalar cox böyük həcmdə deyil. İyun ayının göstəricilərinə  baxsaq görərik ki, yanvar ayına nisbətən depozitlərin həcmi artıb. Yəni, 2016-cı ilin iyun ayı üzrə yerləşdirilən depozitlərin ümumi miqdarı 23 milyard 367 milyon manata yüksəlib. Bu depozitlər üzrə yerli valyutada yerləşdirilən hissəsinin 2 milyard 483 milyon manatı tələbli depozit, 2 milyard 140 milyon manatı isə müddətli depozitlərin payına düşür. Onun xarici valyutada yerləşdirilən hissəsinin isə 5 milyard 408 milyon manatı tələbli depozit, 13 milyard 335 milyon manatı müddətli depozitdir.

Sentyabr ayından isə bank sektorunda yenidən depozitlərin azalması müşahidə olunur. Beləki, 2016-cı ilin sentyabr ayında yerləşdirilən depozitlərin ümumi miqdarı 22 milyard 842 milyon manata düşüb. Bu fakt Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının da diqqətini çəkdiyindən o, əhalinin əmanətini geri çəkməsinin səbəblərini araşdırdıqlarını bildirmişdi. Bundan sonra isə Mərkəzi Bank ölkədən valyuta çıxarılmasına müəyyən məhdudiyyətlər qoydu. Qeyd edək ki, iyun ayı üzrə statistikaya görə, milli valyutada yerləşdirilən depozitlərin 2 milyard 917 milyon manatını tələbli, 1 milyard 962 milyon manatını isə müddətli depozitlər təşkil edir. Xarici valyutada yerləşdirilən hissəsinin isə 4 milyard 814 milyon manatı tələbli depozit, 13 milyard 149 milyan manatı müddətli depozit olaraq təyin edilib.

Təhlillər göstərir ki, oktyabr ayında depozitlərin azalması davam etsə də bu rəqəm cüzi azalma ilə müşahidə olunur. Beləliklə, bu ilin 10 ayının yekununda depozitlərin ümumi həcmi 22 milyard 227 milyon manata düşüb. Demeli, onun milli valyutada yerləşdirilən hissəsinin 2 milyard 584 milyon manatını tələbli depozitlər, 2 milyard 861 milyon manatını müddətli depozitlər təşkil edir. Lakin burada bir müsbət tendensiya da diqqəti cəlb edir. Belə ki, milli valyutada yerləşdirilən depozitlərin həcmində artım dinamikası izlənilir. Həmçinin xarici valyutada ifadə olunan müddətli depozitlərin həcmində azalma qeydə alınır. Belə ki, müddətli depozitlər 13 milyard 149 milyon manatdan 11 milyard 683 milyon manata düşüb. Valyutada tələbli depozitlər isə oktyabrın sonunda artaraq 5 milyard 98 milyon manat təşkil edib. (Fins.az)

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın