Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Kriminal / Əli Həsənovun nəvəsi əfv ərizəsi yazıb? – AÇIQLAMA

Əli Həsənovun nəvəsi əfv ərizəsi yazıb? – AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Nail Allahverdiyevin əfv olunmaq üçün ölkə başçısına müraciət etdiyi barədə məlumat yayılıb.

Bəzi KİV-lərin həmin xəbəri tirajlamasına səbəb isə Nail Allahverdiyevin Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi olmasıdır.

Modern.az məsələni dəqiqləşdirmək üçün onun hüquqlarını müdafiə edən vəkil Muxtar Mustafayevə müraciət edib.

M.Mustafayev  həmin məlumatları təkzib edib və əlavə şərh vermək istəmədiyini bildirib.

Qeyd edək ki, 3 avqust 2017-ci ildə saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Nail Allahverdiyevin idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

VIPedu.BIZ

Həmçinin oxuyun

Sərxoş vəziyyətdə polisə zəng edib “3 bomba qoyulub” dedi – AZƏRBAYCANDA

Şəmkirdə polisə bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub. Moderator.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə …