“Eynulla Fətullayevin haqqımda yazdığı yazı ilə bağlı bütün müraciətlərin hamısına şərh verməkdən imtina edərək “yox” demişəm. Baxmayaraq ki, həmin yazıya cavab olaraq “Yeni Müsavat” qəzetində “ABŞ-ın yeni seçimi Qubad İbadoğludur?” yazısında da mənim fikirlərim yer almayıb”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu deyib.
“ADR-in İdarə Heyətinin üzvü Ellada Məmmədli sizin haqqınızda Eynulla Fətullayevin hakimiyyətin sifarişi əsasında yazdığını deyir. Bu doğrudurmu” sualına Qubad İbadoğlu konkret cavab verib: “Bu da doğru deyil”.
Tanınmış jurnalist Eynulla Fətullayev bir neçə gün əvvəl ADR Hərəkatının sədri ilə bağlı “ABŞ-ın yeni seçimi – Qubad İbadoğlu” adlı məqalə yazıb.