Ana səhifə / Köşə Yazarları / “Qəzet redaktorlarının parlamentdə təmsilçiliyi doğru deyil”

“Qəzet redaktorlarının parlamentdə təmsilçiliyi doğru deyil”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif ƏliyevModerator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlunun redaktor-deputatlarla bağlı ittihamına münasibət bildirib:

“Hesab edirəm ki, qəzet redaktorlarının millət vəkili kimi parlamentdə təmsilçiliyi doğru deyil. Lakin bunun dövlətçiliklə bir əlaqəsi yoxdur. Bizim peşə prinsiplərinə görə, jurnalist dövlət orqanlarının işçisi olmamalıdır. Parlament isə çox mühüm dövlət orqanlarından biridir. Bu, medianın, jurnalistikanın prinsiplərinə görə belədir. Dövlətçiliyin bura dəxli yoxdur. Bu cür faktlara çox güclü dövlətçilik ənənəsinə malik olan dövlətlərdə də rast gəlmək mümkündür. Hətta son 20-30 ilin çox böyük siyasətçilərinin bəlli bir qismi də siyasətə jurnalistikadan gəlib. Polşanı, bəzi Avropa dövlətlərini buna nümumə gətirmək olar. Lakin qeyd etdiyim kimi, medianın prinsipləri jurnalistin eyni vaxtda həm də hansılsa dövlət qurumunda təmsilçiliyini yolverilməz hesab edir”.

Xatırladaq ki, S.Cəlaloğlu saytımıza açıqlamasında redaktorların parlamentdə millət vəkili kimi təmsilçiliyini tənqid edib və bunun dövlətçiliyin qüsuru olduğunu vurğulayıb. (http://moderator.az/index.php?xeber=81391 )

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın