Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Jurnalist təşkilatları mətbuat günü ilə bağlı tədbir keçirməyəcəklər:”Maddi imkanımız pisdir”
SONY DSC

Jurnalist təşkilatları mətbuat günü ilə bağlı tədbir keçirməyəcəklər:”Maddi imkanımız pisdir”

Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi ilə bağlı prezidetn İlham Əliyev sərəncam imzalayıb. Bununla bağlı bir sıra tədbirlər keçiriləcək. Jurnalist təşkilatları milli mətbuat gününün 140 illiyi ilə bağlı nələr edəcəklər?

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Modern.az-a açıqlamasında ayrıca tədbir keçirməyəcəklərini vurğulayıb. “Hər il olduğu kimi, bu il də biz Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkil etdiyi tədbirlərə qatılacağıq. Hesab edirik ki, hər iki qurumun birgə təşkil etdiyi tədbir yüksək səviyyədə olduğu üçün ayrıca mərasimə ehtiyac yoxdur”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də mətbuat günü ilə bağlı böyük tədbir keçirə bilməyəcəklərini deyib. O qeyd edib ki, media mütəxəssislərinin iştirakı ilə dəyirmi masa təşkil edəcəklər:
“Müstəqil qeyri-hökumət təşkilatlarının imkanları, maddi vəziyyəti o qədər geniş deyil ki, böyük tədbirlər keçirsin. İkinci tərəfdən, müstəqil medianın dairəsinin darlığı Həsən bəy Zərdabi, “Əkinçi” adına tədbirlərin keçirilməsinə imkan vermir”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı tədbir keçirməyəcəklərini bildirib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın