Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Elgiz Xoşqədəmlə eyni verilişi aparmaqdan imtina etdi

Elgiz Xoşqədəmlə eyni verilişi aparmaqdan imtina etdi

Teleaparıcı Elgiz Əkbər ötən gün Xoşqədəm Hidayətqızı ilə birlikdə təqdim etdiyi “Sən tək deyilsən” verilişindən imtina edib.

Bu haqda “Qafqazinfo”ya açıqlama verən teleaparıcı bildirib ki, tezliklə yeni layihə ilə tamaşaçıların görüşünə gələcək:

“Yeni layihə üzərində işləyirik, 2 fikir arasında qalmışıq. Əminik ki, yeni layihə tamaşaçılar tərəfindən seviləcək. Hələ ki, bu haqda geniş açıqlama verə bilmərəm, bu kommersiya sirridir. Onu deyə bilərəm ki, verilişin həftəiçi 5 gün efirə getməyi nəzərdə tutulub. İnşallah, iki gün sonra anonslar nümayiş olunacaq”.

Elgiz “Adam içində” verilişinin bağlanma səbəblərindən də danışıb:

““Adam içində” verilişi çox reytinqli veriliş idi. Deməzdim ki, veriliş bağlanıb, “Sən tək deyilsən”adı ilə öz məramını davam etdirəcək. Yalnız aparıcısı dəyişib. Proqramın yaradıcı heyəti daha da güclənib. Mənimlə 5 nəfər işləyirdisə, Xoşqədəm xanımla 10 nəfər çalışır”.

Teleaparıcı Xoşqədəm Hidayətqızı ilə birlikdə “Sən tək deyilsən” verilişini aparmamasının səbəbini də açıqlayıb:

“Xoşqədəm xanımla veriliş aparmamağımın səbəbi odur ki, iki qoçun başı bir qazanda qaynamaz. Təbii ki, bu bir zarafatdır. Mənim öz işlərim var, vaxtım yoxdur. Bir neçə layihəni birlikdə  təqdim edə bilmərəm. Xoşqədəm xanım çox iddialıdır. O, istirahət etmədən bütün günü veriliş aparmaq  gücünə qadirdir. Həftəiçi 5 gün 2 saat yarım canlı efirdə olmaq, baza günü axtarış verilişi etmək çətindir. Xoşqədəm xanım bu verilişləri ərsəyə gətirməyə daxilən özünü hazır hiss edir. Allah verilişinə xeyir versin”.

Elgiz Əkbər “Sən tək deyilsən” verilişinə görə Xoşqədəm Hidayətqızı ilə problem yaşaması haqda yayılan məlumatlara da münasibət bildirib:

“İnsanlar düşünür ki, Xoşqədəm xanımla aramızda narazılıq olub, dava etmişik. Amma bu doğru deyil, mənim öz layihəm olduğu üçün proqramdan uzaqlaşdım.

“İnstagram” səhifəsindəki şərhləri oxuyuram, insanların üzüldüyünü görürəm. Avropa ölkələrində yaşayan vətəndaşlarımız mənimlə əlaqə saxlayır, kədərləndiklərini bildirirlər. Biri ağlayır, biri “Üstümə təcili yardım gəldi” deyir. Bütün bunlar məni üzür. İstəyirəm ki, insanlar üzülməsin. Bütün tamaşaçılarıma hörmətlə yanaşıram, yaşlıların əllərindən, gənclərin gözlərindən öpürəm. Onlara qurban olum, üzülməsinlər. Hər şey yaxşıdır. Bilsinlər ki, mən başqa verilişlə efirə qayıdacam”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın