Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / Avropa Oyunlarını ən yaxşı işıqlandıran KİV-lərə 80 MİN MÜKAFAT

Avropa Oyunlarını ən yaxşı işıqlandıran KİV-lərə 80 MİN MÜKAFAT

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) “l Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV” mövzusunda kütləvi informasiya vasitələri arasında keçirdiyi müsabiqənin qaydaları açıqlanıb. KİVDF-dən APA-ya verilən məlumata görə, müsabiqədə ən azı 1 il müddətində fəaliyyət göstərən kütləvi informasiya vasitələri (televiziya kanalları, qəzetlər, jurnallar, informasiya agentlikləri və internet informasiya resursları) iştirak edə bilərlər.

Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşmüş KİV-in müsabiqədə iştirakına icazə verilmir.

Müsabiqənin maliyyələşdirilməsi qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyənləşdiriləcək. Mövzunun KİV-lər tərəfindən əhatə olunması səviyyəsini müəyyənləşdirmək üçün Fondun Müşahidə Şurası tərəfindən xüsusi Monitorinq Qrupu yaradılıb.

Müsabiqənin qiymətləndirmə meyarları aşağıdakılardı:

– mövzunun əhatə olunması, idman yarışlarının işıqlandırılması, jurnalist təhlili;
– fəaliyyətin cəmiyyət üçün informasiyalılıq səviyyəsi;
– jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
– ictimai maraqların müdafiəsi.

I yerin qalibi 30 min, II yerin qalibi (2 KIV) 15 min, III yerin qalibi (2 KIV) isə 10 min manat məbləğində mükafat qazanacaq. Nəticələri yüksək qiymətləndirilmiş KİV-lər Müşahidə Şurasının qərarı ilə Fondun İcraçı direktoru tərəfindən təsdiq edilir. Müsabiqənin yekunları haqqında iştirakçılara və ictimaiyyətə məlumat verilir.

Müsabiqə bu gündən başlayaraq iyulun 1-dək davam edəcək.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın