Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Əflatun Amaşov ölkə jurnalistlərinə müraciət etdi

Əflatun Amaşov ölkə jurnalistlərinə müraciət etdi

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov I Avropa Oyunları ilə bağlı ölkə jurnalistlərinə müraciət edib.

Azinforum.az həmin müraciəti təqdim edir:

“Əziz dostlar, hörmətli həmkarlar!

Sabah Vətənimiz Azərbaycan öz şanlı tarixinin yeni ilkinə imza atacaq. Bakıda I Avropa Oyunları start götürəcək. Sizləri bu münasibətlə təbrik edir, hər birinizə oyunların işıqlandırılmasında uğurlar arzulayırıq.
I Avropa Oyunları xalqımız və dövlətimiz üçün son dərəcə mühüm hadisə, qürurverici olaydır. Belə anları bölüşmək təkcə sevincimizin ifadəsi deyil, eyni zamanda mühüm vətəndaşlıq missiyamızdır. Bu missiyanın zəruriliyini şərtləndirən amillər sırasında bizim işimizə peşəkar kimi yanaşmaq məsuliyyətimizlə yanaşı, həm də vətənvərvərliyimiz dayanır. Çünki I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı başladılan xoşagəlməz kampaniya ümumən ölkəmizə qarşı total informasiya müharibəsi xarakteri daşımaqdadır. Mərkəzi ofisi Kanadanın Toronto şəhərində yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) dünyada yerləşən jurnalist qurumlarına və insan hüquqları təşkilatlarına ünvanladığı müraciət də fikrimizi qətiləşdirməyə əsas verir. Müraciət I Avropa Oyunlarının Azərbaycanda keçiriləmsinə qarşı twitter kampaniyasına qoşulmağa çağırış mahiyyəti daşımaqdadır. Kampaniyanın iyunun 12-də saat 15.00-da oyunların rəsmi twitter səhifəsində, ‪#‎Baku2015‬ Hashtag-da aparılması nəzərdə tutulur. İnanırıq ki, Azərbaycan jurnalistləri həmin Hashtag-da ölkəmizlə bağlı əsl həqiqətlərin yayılmasında fəallıq göstərəcək, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) «məqsədinin» reallaşmasına yol verməyəcəklər.

Əziz və hörmətli həmkarlar!

I Avropa Oyunları ilə bağlı bu sayaq xoşagəlməz kampaniyalar indiyədək də aparılıb. Belə halların davamlı xarakter daşıyacağı da istisna deyil. Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi kimi qurumların əsl niyyətindən xəbərsiz olan dünya QHT-lərinin reallığı bilmədən ölkəmiz haqqında neqativ ictimai rəyin formalaşmasında rol oynamaları mümkündür. Buna görə də Sizləri mötəbər idman hadisəsi müddətində xüsusilə diqqətli olmağa, həssaslıq nümayiş etdirməyə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesində daha yaxından iştiraka çağırırıq.

Əminik ki, Azərbaycan ictimai rəyinin avanqardı olan mediamız sınaqdan layiqli şəkildə çıxacaq.

Hər birinizə uğurlar arzulayırıq”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın