Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Köşə Yazarları / Əsrin böyük bəlas – homoseksuallıq

Əsrin böyük bəlas – homoseksuallıq

Narifə Əliyeva

Yeni nəsil üçün dəb anlayışı adətən televiziya proqramlarında, sosial şəbəkələrdə tanınmış simaların və ya müəyyən insanların birbaşa yaxud şüuraltı formada təqdim etdikləridir. Saxta intellektuallıq, özündənrazılıq, modabazlıq, anarxistlik, müsəlman olmaqdan utanmaq və əsrin ən böyük bəlası olan homoseksuallıq bəzilərinin yaratmağa çalışdığı gənclik modelinin xüsusiyyətlərindəndir. Olduğu mühitdə qəbul olunmağın, müasir görünməyin yolları kimi təqdim olunan bu xüsusiyyətlər əslində dəb deyil, əsrin böyük bəlasıdır.

Bu xüsusiyyətlər içərisində ön sıralarda yer alan və insan hüquqlarının problemi kimi təqdim edilən homoseksuallıq qınaq obyekti olmasın deyə cəmiyyətdə xəstəlik kimi təqdim edilir. Lakin bu, hər hansı xəstəliyin törətdiyi fəsad deyil. İslam dini də daxil olmaqla bütün səmavi dinlərin müqəddəs kitablarında haram edilmış əməldir.

Dövrümüzdə homoseksuallıq elə səviyyədə inkişaf edib ki, hətta buna qarşı olan insanlar özləri çox zaman qınaq obyektinə çevrilirlər. Bəzi dövlətlərin homoseksual evliliyə rəsmən icazə verməsi, hətta belə “ailələrin” övladlığa uşaq götürə bilmələri cəmiyyətdə əxlaq anlayışından bixəbər uşaqların yetişməsinə və psixoloji travma almalarına səbəb olur. Statistikaya görə, belə uşaqların 29%-i məhz öz «valideynləri» tərəfindən cinsi istismara məruz qalırlar. Bunun təkcə rəsmi rəqəmlər olduğunu nəzərə alsaq, məsələnin nə qədər ciddi və əhəmiyyətli olduğunu daha aydın görə bilərik. Çünki təcavüzə məruz qalan bir çox uşaq başlarına gələn bu hadisələrdən utandıqları, ya da qorxduqları üçün heç kimə məlumat vermirlər. Depressiyaya düşməyə meylli olan bu uşaqlar böyüdükdə çıxış yolunu ya narkomaniyada, ya da intiharda görürlər.

Bütün dünya səviyyəsində getdikcə artan və şüurlu şəkildə insanlara təşviq edilən homoseksuallıq cəmiyyətdə daha çox qəbul olunduqca, dünya daha böyük uçuruma doğru sürüklənir.

Səbəb isə imansızlıq, Allah qorxusunun olmaması, yaradılış məqsədini bilməməkdir. Bir insan harama girərək heç vaxt xoşbəxt ola bilməz, çünki Allah Quranda bizə halalları da, haramları açıq şəkildə bildirmişdir. Allahın lənətlədiyi homoseksuallıq kimi cinsi azğınlığı həyat yolu seçən biri həm özünü, həm də bəşəriyyəti böyük bəlanın içinə salmış olur. Barmaqla sayılacaq qədər az olan haramlara baxmayaraq, o yolu tutan insanlar Allahın Quranda bildirdiyi kimi, həddi aşanlardır.

“Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”” (Əraf surəsi 80-81)

Hər cür əxlaqsızlığa əl atıb xoşbəxtliyi fərqli yerlərdə axtaran, öz cinsindən olan insanlardan zövq almağa çalışan, içki, qumar, narkotik aludəçisi olan biri heç vaxt bu əməlləri ilə rahatlıq tapa bilməz. Bir insan yalnız Allahın buyurduğu kimi yaşadığı təqdirdə həqiqi xoşbəxtliyi əldə edə bilər.

Quranda açıq şəkildə qadağan edilən homoseksuallığı normal hal kimi qələmə verənlərə qarşı birlik olmalı və onu leqallaşdırmağa çalışanlara qəti şəkildə qarşı çıxmalıyıq.­

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …