Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Köşə Yazarları / Rüstəm İbrahimbəyovdan pis qardaş yoxdur… – Alqış Həsənoğlu

Rüstəm İbrahimbəyovdan pis qardaş yoxdur… – Alqış Həsənoğlu

Qafqaz üçlüyü” kimə və nəyə xidmət edir ?

Kino mütəxəssisləri filmin peşəkar və bədii dəyərini “cırıq üçlük” səvəyyəsində dəyərləndirə bilərlər.

Amma onun ərsəyə gəlməsi siradan bir hadisə deyil.

Yaşı səksənə gedən azərbaycanlı yazıçı-rejissor birdən-birə niyə durub erməni dadı verən nostaljiyə uysun ki…

Azərbaycanın ilk xalq yazıçısı var: Aleksandr Movsisyan.Şamaxı ermənisidir. Əsərlərini Şirvanzadə təxəllüsü ilə yazıb.
Azərbaycan yazıçılarının əsərlərini erməni dilinə cevirib.

Yaradıcılığında həmişə erməni-azərbaycalı dostluğunu tərənnüm edib.

Erməniliyindən , türklüyə “xüsusi” rəftarından heç nə hiss elətdirməyib.

Ömrünün son illərində “ Köhnə Bakı” povesti üzərində işləyirmiş.

Tamamlaya bilməyib.

Povestin nəşr olunmamış versiyası ilə tanış olan atam danşırdı ki, Şirvanzadə yarımçıq əsərində , nəhayət, Mövsisyana məxsus əsil milli nanəcibliyini göstərib…
Yəqin ki, burada təhtəlşüurun diktəsi öz sözünü deyib.

Bilmirəm, Rüstəm İbarahimbəyov sahibini ələ verən yarımcıq “Köhnə Bakı” povestini oxuyub, yoxsa yox? Fərq etməz…

Bir həqiqət mövcuddur: heç kəs öz xislətini sona kimi gizləyə bilmir.

İnsan ( ümumiyyətlə hər bir canlı) gec-tez öz zatını büruzə verməlidir və verir…

Şivanzadənin olümündən 80 il sonra, qondarma “soyqim”ın 100-ci ildönümündə “Qafqaz üclüyü” ilə baş qaldıran erməni təəəsübkeşliyi heç də təsadüfə oxşamır…

Bu təəsübkeşliyin arxasında nə dayanır …

Müxtəlif şərhlər verilir, səbəblər göstərilir, fikirlər haçalanır. Kin- nifrət şöhrət hərisliyi əşya xəstəliyi və s.

Hətta bir qədər də irəli keçib ssenarist yazıçının damarlarından axan qanı təftiş edənlər də tapılır.

Haqlı və məntiqli olaraq.

Bu yerdə digər bir xalq yazıçımız Maqsud ibrahimbəyovun ruhu, qoy, bizi bağışlasın.

“Ondan yaxşı qardaş yoxdur”, kimi bitkin bir əsərin müəllifi hardan biləydi ki , vaxt gələcək, faş olacaq ki, bu dünyada Rüstəm İbrahimbəyovdan pis qardaş yoxdur.

Maqsud müəllim hardan biləydi ki, qardaşının Azərbaycan xalıqına edəcəyi pislik onun xatirəsini və xalqımızın yaddaşındakı yerini də silkələyəcək…

Zənnimcə uzağa getməyə ehtiyac yox.

Ən etibarlı mənbə elə Rüstəm İbrahimbəyovun özüdür.

Dramaturq – ssenarist müsahibələrinin birində özünün parlaq obrazını cox dəqiq cizgilırlə yarda bilib.

Deyir ki, “Şərq- Qərb” kino festivalının Bakı tədbirləri üçün maddi ehtiyac yaranmışdı.

Heydər Əliyevin qəbuluna gedib hər şeyi danışdım.

Heydər Əliyev maliyə nazirinə lazım olan 50 min dollarlıq vəsaitin ayrılmasını göstəriş verdi. Problem dərhal həllini tapdı.

Heydər Əliyev məndən soruşdu ki, daha nə istəyirsən.?

Mən də dedim ki, sizi öpmək istəyirəm…

Diqqət yetirin!

O, ancaq pulun qarşlığında öpür. Bu, onun mahiyyətidir.

Pulunu ver, kimi deyirsən öpsün.

Belələri təhlükəli tiplərdir.

Pul verirsən öpür.

Pulunu kəsirsən qapır…

Neçə əsrdir ki, düşmın bizimlə tarixi-milli ədavətini bir sistem çərcivəsində aparır.

Hər şey qarafik və sxem üzrə, həm də uzaq məqsədlərə hesablanaraq yerinə yetirilir.

Ötən əsrın əvvəllərində etnik coğrafiyamıza müdaxilə nəticəsində yaradılmış Meğri dəhlizi məhz indilər üçün nəzərdə tutulubmuş.

Bu gün azərbaycanlılar öz vətənindən (Bakıdan Naxçıvana, Naxçıvandan Bakıya ) vətəninə özgə bir olkənin ərazisindən keçib getməyə məhkum edilmiş yeganə xalqdır …

Azərbaycan dövlətçiliyinin sinəsini yaralayan belə dəhliz- lahiyələr parallel olaraq xalqımızın, mənəvi psixoloji inadla, ərazilərinə tətbiiq olunur.
Bu bəsit bir iş deyil.

Tarixi torpaqlarımızın işğalı bir neçə mərhələdən adlayır:

Tariximizi erməniləşdirirlər.

Mənimsədikləri coğrafiyada Azərbaycan xalqına aid maddi sübutları silib–süpürülər.

Sonra mili yaddaşımızı blokadaya alırlar ki, tarixi-siyasi coğrafiyamıza qayıdış haqqında düşünmək mümkün olmasın.

Milli yaddaşı bloklamanın ən effektiv yolu xalqın psixologiyasını zədələmək, tapdamaqdır.

Xalqı aşağılamaq onun psixolagiyasını sökmək, viran qoymaq deməkdir.

Şübhəsiz ki, o, bu incəlikləri çox dəqiq bilir.

Və bütün bunları bilə-bilə “Qafqaz üçlüyü” kimi əsərlərə imza atmağın heç bir halda bəraəti ola bilməz”.

Onun cəzası necə olmalıdır?

Adətən və tarixən xalq öz naxələf öladını bir yola “mükafatlandıra” bilir.

Onu unutmaqla.

Unutmaqdan böyük işkəncə yoxdur.

Dövlət dönük və nankor vətəndaşını necə cəzalanıdra bilər?

Onu unutdurmaqla, – rəsmi təltiflərin və fəxri titulların geri alınması bu yollardan biridir.

Guya bu baş verməsə nə olacaq?

İndən belə Aleksandr Movsisyanın Azərbaycanın xalq yazıçısı, Samvel Qriqoryanın Azərbaycanın xalq şairi olması nəyə yarayır ki…

Həmçinin oxuyun

Qaçqın evləri haqda köhnə əhvalat

Zamin HACI “Yeni yaxşı unudulmuş köhnədir” (aforizm) 1994-cü ildən yazıram, o üzdən bəzi detallar yadımdan …