Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Köşə Yazarları / Ramazan bayramı qara bayram deyil…

Ramazan bayramı qara bayram deyil…

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru
***
Ramazan (həmçinin Qurban) bayramının başqa bayramlardan fərqi ondadır ki, üzrlü səbəbin yoxdursa, bu bayramın haqqini qazanmalısan.
Bir ay boyunca nəfsinə və cisminə oruc tətbiq edənlərin haqqına girmək olmaz. Bir ay boyunca yeyib-içib, gəzib, heç bir üzrü olmadan oruc tutmayanlar, maraqlıdır ki, bu bayramı oruc tutanlardan daha çox dəbdəbə ilə qeyd edir. Sanki bunlar üçün oruc tutmaq fərz deyil, bayramı qeyd etmək fərzdir. Ramazan bayramının bir gününü bu il dünyadan köçənlərin şərəfinə təşkil olunmuş məclislərdə gəzmək, bir gününü isə qəbristanlığa getməklə yekunlaşdırmaq ən mübarək olan bayramın mahiyyətini öz istəyincə dəyişməkdən başqa bir şey deyildir. Bu din deyil, adətdir. Adəti din yerinə, söhbəti Quran yerinə qoymaq dini yaşamaq deyil, dindən çıxmaqdır.
Əslində sənin tutduğun orucun mübərəkbadlığı qeyd etdiyin bayramdir. Əslində Ramazanın hər günü bayramdır. Şəvval ayının ilk günləri isə Ramazana bağlanan bayramlar bayramıdır. Ramazan bayramı Ramazanda olmaz, Şəvvalda olar. Ancaq Ramazan üçün olar, Oruc üçün olar. Ramazan bayramı mübarək(bərəkətli) bayramdır. Nurlu bayramdır. Ağ bayramdır. Ramazan bayrami Qara bayram deyil. Qara ovqat deyil. Qaranlıq əhval deyil. Ramazan bayramının ilk iki əsas gününü qara geyib qaraya çevirmək olmaz. Dünyasını təzə dəyişənlər üçün evgəzdi, köhnə dəyişənlər üçün qəbir ziyarəti yaxşi əməl olsa da, bu Uca Allahın qara demədiyinə qara demək səviyyəsində olmamalıdır. Ziyarətin dəbi olmaz. Ziyarətin ədəbi olar. Ziyarət könül işidir. Bir-birinə göstəriş deyildir. Ziyarəti də elə edək ki bu mübarək bayramın bir hissəsi olsun, tamamı olmasın. Bu gün miladi təqvimlə iyun aynın 15-dir. Hicri təqvimlə şəvval ayının 1-dir. Hər ayın bayramı o ayın özündə olar. Ramazan bayramı isə ramazan ayında olmaz. Yalnız insanlar deyil, şəvval ayı da
ramazan günlərini bayram edir. Elə buna görə də ramazan ayının bütün günlərində bayram ovqatı yaşanır. Uca Allah Ramazan ayının bütün günlərinə necə bərəkət yağdırdığını, bütün Ramazan günlərinin nəfs orucu ilə keçirilməsini əlamət olaraq bizə göstərir. Rəhmət və mərhəmət sahibi olan Allahu-Təala bizi qüsur və nöqsanlardan arındırsın, bütün ömrümüzü Ramazan günlərinə çevirsin İnşəallah.
Yay qabağı isti günlərdə göydən rəhmət və bərəkət yağışları yağır. Bu bərəkətli bayramı qara bayram kimi yaşamayaq, Alllah Cəllə Cəlaluhun təqdirinə səbr edək, Allahu-Təalanı zikr edək, Uca Allaha şükür edək əziz dostlar! Bu mübarək bayramı könül dolusu gözəlliklə mahiyyətinə uyğun yaşayaq İnşəallah. Amin
VIPedu.BIZ

Həmçinin oxuyun

Pritça oğrusu Arif Əliyev media “pristav”ı rolunda – Taleh Şahsuvarlı yazır

Siz qərəzli danışırsınız, Arif Əliyev! Siz primitiv danışırsınız!.. Siz xalqın, dövlətin, medianın maraqlarından yox, iddialarınızla …