Çərşənbə axşamı , Fevral 19 2019
Ana səhifə / Köşə Yazarları / “Aydın yol” qəzetinin çapı dayandı

“Aydın yol” qəzetinin çapı dayandı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzeti fəaliyyətini dayandırıb.

Teleqraf.com-un verdiyi məlumata görə, bu barədə Mərkəzin dierktoru Afaq Məsud əmr imzalayıb. Qəzet əməkdaşlarının Mərkəzdə işlə təmin olunacağı gözlənilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamıyla yaradılıb. Bu yaxınlarda Prezidentin digər sərəncamı ilə qurum publik hüquqi şəxslərin siyahısına daxil edilib. Mərkəzin həftəlik “Aydın yol” qəzeti 2014-cü ilin sentyabrından nəşr olunurdu.

Həmçinin oxuyun

Uşaq götürmək də asanlaşır

“Yaxşı dost yaman gündə tanınar” (ata sözü) Zamin HACI Deyir bir zati-ali məmurumuz – nazir, …

Bir cavab yazın