24 İyun 2017, Şənbə

İranda Azərbaycan günləri keçiriləcək

21:29 | 18.06.2017
321 dəfə oxundu

İranda üç şəhərində Azərbaycan günləri keçiriləcək

İranda Azərbaycan mədəniyyət günləri iyulun 3-dən 10-dək davam edəcək. İranın Tehran, İsfəhan və Təbriz şəhərlərində keçiriləcək mədəniyyət həftəsi çərçivəsində Azərbaycan filmlərinin təqdimatı, həmçinin ölkəmizi təbliğ edən fotosərgi, Azərbaycanın milli atributlarını əkst edirən suvenirlərin nümayişi və müxtəlif konsert proqramlarının təşkili planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan mədəniyyət həftəsinin keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İrana səfər edəcək.