Şənbə , Yanvar 19 2019
Ana səhifə / İqtisadiyyat / Xəzəryanı ölkələr nəqliyyat və ticarət sahələrində sazişlər imzalayacaq

Xəzəryanı ölkələr nəqliyyat və ticarət sahələrində sazişlər imzalayacaq

Xəzəryanı ölkələrin ekspertlərinin işgüzar görüşü iyunun 18-19-u Astanada keçiriləcək.

Bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib.

Nazir bildirib ki, bu görüş avqust ayında Qazaxıstanda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin sammiti üçün hazırlıq xarakteri daşıyacaq:

“Sammitin gündəliyinə Xəzərdə əməkdaşlıq məsələləri salınıb, nəqliyyat, ticarət-iqtisadi münasibətlər üzrə 5-6 sazişin imzalanması nəzərdə tutulur”.

O, əlavə edib ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın layihəsi Xəzəryanı ölkələrin prezidentlərinə təqdim olunacaq/Trend.

VIPedu.BIZ

Həmçinin oxuyun

Daha az resurslarla daha səmərəli sistem

Son günlər ölkə mediasında dövlət idarəetmə sistemində islahatlar mövzusu geniş müzakirə olunur, ayrı-ayrı siyasətçilər və …