Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / İqtisadiyyat / Vidadi Muradov: “Azərxalça”da 5 mindən çox yeni iş yeri açılacaq”

Vidadi Muradov: “Azərxalça”da 5 mindən çox yeni iş yeri açılacaq”

“2019-cu ilin sonunadək “Azərxalça”nın istehsal, tədarük və emal müəssisələrinin yaradılması ilə 5 mindən çox vətəndaş iş yeri ilə təmin ediləcək”.
Bunu “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
V.Muradovun sözlərinə görə, cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də xalçaçılığın yerli potensiala əsaslanan xammal bazasının yaradılmasıdır: “Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici-Boyaq Fabrikinin tikintisinə başlanılıb. Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək fabrik son illərin böyük miqyaslı iqtisadi layihələrindən biridir. Bu müəssisədə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça”nın filiallarının, özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaq. Yunəyirici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri də yaradılır”.
O bildirib ki, 2019-cu ildə də bu istiqamətdə görülən işlər davam etdiriləcək, Şəki şəhərində, Masallı və Hacıqabul rayonlarındakı sənaye məhəllələrində daha üç regional tədarük məntəqəsi yaradılacaq: “Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrdə il ərzində 1500 ton yun və boyaq bitkiləri xammalı toplanılacaq.
Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitdən Yunəyirici-Boyaq Fabrikinin tikintisi və avadanlıqlarla təchizatı üçün 27 milyon 420 min manat, regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması məqsədilə 6 milyon 500 min manat ayrılıb.
ASC-nin istehsalı olan xalçaların satışa çıxarılması prosesinin intensivləşdirilməsi məqsədilə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında Hazır Xalçaların Emal Mərkəzi də inşa ediləcək”.
V.Muradov deyib ki, “Azərxalça” rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edir: “Kurslara cəlb olunanların əksəriyyəti gənclərdir. Tədrisi uğurla başa vuran toxuculara sertifikat verilir və onlar filiallarda daimi işlə təmin olunurlar. Eyni zamanda, xalçaçı-rəssamlar, yun və boyaq bitkilərinin tədarükü və emalı, hazır xalçaların emalı, xalça ticarəti və xalçaçılığın inkişafı üçün vacib olan digər istiqamətlər üzrə mütəxəssislər də hazırlanır.
Bu il sentyabr ayının 18-də Masallı Sənaye Məhəlləsinin açılışı zamanı verdiyiniz tapşırığa uyğun olaraq təşkil edilmiş tədris mərkəzinə tərəfinizdən baxış keçirilib, dəyərli tövsiyələr verilib”.
VIPedu.BIZ

Həmçinin oxuyun

Dollar kreditləri ilə bağlı vacib yenilik (VİDEO)

Azərbaycanda xarici valyutada kredit, yalnız xarici valyutada gəliri olanlara və bankda depoziti olanlara veriləcək . …