Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Vergi daxilolmalarının 74,6 faizi özəl sektorun payına düşüb

Vergi daxilolmalarının 74,6 faizi özəl sektorun payına düşüb

Ötən il vergilər üzrə büdcəyə toplanmış vəsaitin məbləği artaraq 7 milyard 415 milyon 463 min manata çatıb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata görə, bu, indiyədək əldə edilmiş ən yüksək göstəricidir. 

Vergi daxilolmalarının 25,4 faizi dövlət, 74,6 faizi isə özəl sektorun payına düşüb. Daxilolmaların strukturunda neft-qaz sektorunun payı 32,9 faiz olub. 

Keçən il toplanmış vergilərin 49 faizi sənayenin payına düşüb, tikinti sektoru isə ikinci yerdə olub. Ümumi daxilolmaların 12 faizi bu sahədən əldə olunub. Xidmət sektorunun payı 11,8 faiz, ticarətin payı 8,6 faiz, digər sahələrin payı isə 18,6 faiz təşkil edib. 

2018-ci ildə büdcəyə ən çox mədaxil (33,7 faiz) mənfəət vergisi üzrə olub. Vergi daxilolmalarının 26,3 faizi əlavə dəyər vergisinin, 13,4 faizi fiziki şəxslərin gəlir vergisinin, 6 faizi sadələşdirilmiş verginin, 2,5 faizi isə əmlak vergisinin payına düşüb. Vergilərin qalan 5,2 faizini digər daxilolmalar hesabına formalaşıb.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …