Şənbə , Sentyabr 22 2018
Ana səhifə / İqtisadiyyat / “Unibank”ın qaranlıq taleyi xarici investitorları qorxuya saldı – Almanlar da paylarını satdılar

“Unibank”ın qaranlıq taleyi xarici investitorları qorxuya saldı – Almanlar da paylarını satdılar

Unibankın səhmdarları siyahısında dəyişiklik olub.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, DEG – Almaniya İnvestisiya və İnkişaf Cəmiyyəti Unibank-dakı 25,9884% payını Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) sataraq səhmdarlar sırasından çıxıb.

Milli Depozit Mərkəzi bu səhmlərə mülkiyyət hüququnun ötürülməsini 3 İyul 2018-ci il tarixində qeydə alıb. Bunun nəticəsində Avropa Yenidənqurma və İnkişaf Bankı bankın nizamnamə napitalındakı payını 18,4865%-dən 44,4748%-ə qədər çatdırmaqla, 20551010 ədəd səhminin mülkiyyətçisinə çevrilib.

Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinin (DEG) hansı səbəbdən bankdakı 25,9884% payını satması məlum olmasa da, böyük bir xarici səhmdarın bankdakı payını satması ciddi suallar yaradır.

Hazırda bankın ən böyük payçısı AYİB (44,4748%), fiziki şəxs kimi isə ikinci yerdə 41,9091%-lə Eldar Qəribov gəlir.

Xatırladaq ki, bir necə ay öncə çıxan məlumatlara görə bankın əsas səhmdarlarından olan Eldar Qəribov Malta vətəndaşlığı almışdı. İş adamının bu addımı ciddi səs-küyə səbəb olmuşdu. Bu addımla Eldar Qərimovun öz səhmlərini satıb-satmayacağı əsas suallardan biri idi.

Bundan əlavə ciddi maliyyə çətinlikləri yaşayan bankda ötən aylarda bir çox kadr dəyişiklikləri də gerçəkləşmişdi. Bankın Marketinq üzrə direktoru Yevgeniy Soltanov vəzifəsindən ayrılmış və marketinq departamenti Pərakəndə Bank xidmətləridepartamentinə birləşdirilmişdi.

Həmçinin oxuyun

Valyuta bazarında tarazlıq pozulmayacaq – TƏHLİL

Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankın (AMB) təşkil etdiyi hərraclarda bu ilin arxada qalan …