Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyənin amansız qisası: Terrorçular mühasirədə

Türkiyənin amansız qisası: Terrorçular mühasirədə

Türk ordusu Dağlıcada xain hücumdan sonra apardığı əməliyyat nəticəsində PKK terror təşkilatının 250-yə yaxın üzvünü mühasirəyə alıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” qəzeti yazıb. Qəzetin məlumatına görə, PKK-nın dünən Hakkaridə gerçəkləşdirdiyi qanlı hücumdan sonra türk ordusu bölgədə geniş əməliyyatlara başlayıb.

Dumanlı hava şəraitinə baxmayaraq, terrorçuların təqibi davam etdirilib və Cilo dağında (Hakkari vilayətində) gizlənən 250 terrorçu helikopterlərin də köməyi ilə mühasirəyə alınıb.

Hazırda bölgədə əməliyyatların davam etdiyi bildirilir.

Qeyd edək ki, PKK-nın dünən Hakkarinin Dağlıca bölgəsində təşkil etdiyi hücumda 16 türk mehmetciyi şəhid olub, çoxsaylı yaralının olduğu bildirilir.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın