Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə tərəfdaşları ilə milli valyutada ticarət etməyə hazırdır

Türkiyə tərəfdaşları ilə milli valyutada ticarət etməyə hazırdır

Türkiyə öz tərəfdaşları ilə ticarəti milli valyuta ilə aparmağa hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Rize şəhərində keçirilən mitinqdə deyib.

“Biz artıq ikitərəfli ticarətdə daha böyük pay sahibi olan Çin, Rusiya, İran və Ukrayna ilə milli valyutada ticarət aparmağa hazırlaşırıq. Ancaq Avropa ölkələri dolların təzyiqindən azad olmaq istəyirlərsə, biz onlarla da analoji sistemi yaratmağa hazırıq”, – deyə “Anadolu” agentliyi prezidentin sözlərini sitat gətirib.

Ərdoğan həmçinin qeyd edib ki, Ankara “dünyaya iqtisadi müharibə elan olunduğu, bir sıra ölkələrə isə sanksiya təhdidi ilə təzyiq göstərildyi” bir şəraitdə yaranmış vəziyyətə dözmək niyyətində deyil. O, eyni zamanda xatırladıb ki, “dünyada elə bir siyasətçi və elə bir ölkə yoxdur ki, Türkiyəyə qarşı düşmənçilik siyasəti aparmaqla uğur qazansın.

Prezident həmçinin bildirib ki, “Türkiyə xalqına əziyyət verən hər bir kəs, gec-tez buna görə cavab verəcək”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …