Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Suriyaya qoşun yeritsə…

Türkiyə Suriyaya qoşun yeritsə…

Türkiyənin Suriyaya qoşun yeritdiyi haqda iddialar səslənir. Artıq bu mövzu dünya mətbuatında müzakirə edilən bir nömrəli məsələdir.
Ancaq Türkiyənin müdafiə naziri İsmət Yılmaz türk əsgərinin Suriyaya girdiyi haqda mətbuatda yayılan iddialara cavab verib. Parlamentin plan və büdcə komissiyasında millət vəkillərinin qarşısında çıxış edən nazir türk əsgərinin Suriyaya girmədiyini və girməsi kimi bir düşüncələrinin olmadığını açıqlayıb. Müdafiə naziri 100 türk hərbçisinin Suriyaya girməsi ilə bağlı mətbuatda yayılan xəbərlərin doğru olmadığını söyləyib.
Anadolu Agentliyinin yaydığı məlumata görə, müdafiə sənayesinin yerli hava hücumundan müdafiə sistemləri layihəsi üzərində apardığı işləri davam etdirdiyini bildirən İ.Yılmaz layihənin uğurla davam etdirildiyini açıqlayıb.
O, Səudiyyə Ərəbistanı təyyarələrinin Türkiyəyə gəlib-gəlmədiyi məsələsinə də aydınlıq gətirib: “Hələ ki, bu ölkənin təyyarələri Türkiyəyə gəlməyib. Araşdırma aparmaq üçün gələnlər oldu. 4 ədəd “F-16″ döyüş təyyarəsinin gələcəyinə dair razılıq əldə olunub”.
Beləliklə, Türkiyə xəbəri rəsmi şəkildə təkzib etsə də, hər halda, belə ehtimallar gündəmdə qalır. Ümumiyyətlə, Türkiyənin Suriyaya girməsi üçün siyasi və təhlükəsizlik əsasları varmı?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, belə bir əsas var: “Bildiyiniz kimi, bu gün Rusiya-Türkiyə münaqişəsi artıq pik nöqtəsinə çatıb. Bu münaqişə artıq regiona da mənfi təsir edir. Amma əsas məsələ Türkiyənin ərazi bütövlüyüdür. Rusiya artıq İŞİD və digər qruplaşmalarla mübarizəni unudaraq ancaq və ancaq Əsəd rejiminin saxlanması istiqamətində mübarizə aparır, eyni zamanda Əsəd rejimindən istifadə edərək Türkiyənin suverenliyinə xələl gətirən hərbi və kəşfiyyat əməliyyatları həyata keçirir. Buna misal kimi Kandil dağındakı əməliyyatlar, türkmənlərə qarşı əməliyyatları göstərmək olar.
Təbii ki, bunlar da Türkiyənin ərazi bütövlüyü üçün təhdiddir. Məhz buna görə də, BMT Nizamnaməsinin VII maddəsinə uyğun olaraq, Türkiyənin atdığı addım əsaslanmış bir hərəkətdir. Bundan başqa, beynəlxalq hüquq normalarında da bu öz əksini tapıb”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın