Ana səhifə / İqtisadiyyat / Türkiyə AB-yə niyə qəbul olunmur? – Açıqlama

Türkiyə AB-yə niyə qəbul olunmur? – Açıqlama

Siz müsəlmansınız, hədər yerə səy göstərməyin, qəbul etməyəcəklər.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) toplantısında danışarkən deyib.

Onu sözlərinə görə, Türkiyənin Avropa Birliyinə (AB) üzv qəbul edilməməsi sırf siyasi və dini səbəblərlə əlaqəlidir:

“AB üzvləri arasında bənzər vəziyyətlə qarşı-qarşıyayıq. Bizim quruma qəbul edilməməyimizin səbəbi bəllidir. Burda deməyim düzgün çıxmaz, bunun iqtisadi vəziyyətlə əlaqəsi yoxdur. Qərar tamamilə siyasidir və inancımızla bağlıdır.

AB-yə üzv bir ölkənin xarici işlər naziri təkbətək görüşdə mənə “Siz müsəlmansınız, hədər yerə səy göstərməyin, qəbul etməyəcəklər” deyir. Bunu mənə bir ölkənin xarici işlər naziri deyir. Soruşanda dini etiqad azadlığından danışırlar. Haradadır o?

Fransada qaraçılara imkan verdilər? Bir qaraçı qardaşım İzmirdə deyir ki, Binəli bəyin (Binəli Yıldırım – Baş nazir-red) qaraçılarla iş üzrə müşaviriyəm. Biz yaradılanı yaradandan ötrü sevdik, ayrı-seçkilik edə bilmərik.

Mən qaraçılarla birlikdə böyümüşəm, eyni məktəbdə oxumuşuq. Bizim dinimizdə belə bir ayrı-seçkilik yoxdur”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın