Ana səhifə / İqtisadiyyat / Türkiyədən Suriya ilə bağlı xəbərdarlıq

Türkiyədən Suriya ilə bağlı xəbərdarlıq

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş KİV nümayəndələrini Suriyada çəkildiyi iddia olunan videoların yayılması zamanı diqqətli olmağa çağırıb.

Azinforum.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, ilin yekunlarına həsr olunan brifinqdə çıxış edən nazir müavini deyib:

“Sosial KİV-lər məsuliyyətsiz nəşrlər üçün platforma deyil. Türkiyə faktiki olaraq İŞİD terror təşkilatı ilə müharibə vəziyyətindədir. Türk vətəndaşlarına müxtəlif videokadrların yayılması ilə təsir etmək vətənpərvərlik deyil”

N.Kurtulmuş onu da qeyd edib ki, terrorçular insanlar arasında qorxunun yayılması üçün bütün çirkin yollara və vasitələrə əl atmağa hazırdır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın