Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / İqtisadiyyat / “Türkiyə dollarla ticarətdən imtina edir” – Ərdoğan

“Türkiyə dollarla ticarətdən imtina edir” – Ərdoğan

“Türkiyə ən böyük ticarət tərəfdaşları ilə alış-verişi milli valyutası ilə edəcək”.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Rizədə çıxışı zamanı deyib. O, dolların təzyiqindən əziyyət çəkən Avropa ölkələri ilə də bu addımı atmağa hazır olduqlarını deyib:

“Çin, Rusiya, İran, Ukrayna kimi ölkələrlə ticarəti milli valyutamızla aparmağa hazırlaşırıq. Avropa ölkələri də dollar təzyiqindən qurtulmaq istəyirsə, onlarla da bənzər sistemi qurmağa hazırıq. Dünyaya iqtisadi müharibə elan edən, sanksiya hədələri ilə ölkələri asılı saxlayan bu quruluşu əsla qəbul etmirik. Biz bu günlərə millətimizlə birgə gəlib çıxdıq. Bizim böhrandan çıxış metodumuz budur. Müdafiə sənayesində, ixracatda bu sistemi tətbiq etdik. Digər sahələrdə də bunu edəcəyik. Bizə barmaq silkələyənləri peşman edəcəyik”.

Həmçinin oxuyun

Bu icra hakimiyyətlərinə büdcədən pul ayrılmayacaq – Xərclərini öz gəlirləri hesabına ödəyəcəklər + SİYAHI

2019-cu ildə Azərbaycanın 34 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcək. Bu barədə …