Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Tovuzda kartof güvəsinə qarşı mübarizə aparılıb

Tovuzda kartof güvəsinə qarşı mübarizə aparılıb

Tovuz rayonunun aran ərazilərində torpaq mülkiyyətçilərinə məxsus kartof əkini sahəsindən toplanmış ərzaqlıq və toxumluq kartof məhsuluna fitosanitar baxış keçirilib və məhsulun kartof güvəsi ilə sirayətləndiyi müşahidə edilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Nazirlik yanında Dövlət Fitosanitar Xidmətinin Tovuz Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 1200 ton ərzaqlıq və toxumluq kartof məhsulunu zərərvericilərdən mühafizə etmək və zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısını almaq məqsədi ilə 80 kq “Bassilus Thuringiensis 32000 LUVP” bioloji preparatından istifadə edilməklə, dövlət büdcəsi vəsaiti hesabına bioloji mübarizə işləri həyata keçirilib.

Qeyd edək ki, fermerlər kimyəvi mübarizə tədbirlərinə nisbətən bioloji mübarizə üsullarına daha çox üstünlük verilər. Çünki kimyəvi mübarizə çərçivəsində kimyəvi preparatın tətbiqi zamanı texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilmədikdə zəhərlənmə halları baş verir. Ancaq bioloji mübarizənin tətbiqi insan sağlamlığına heç bir təhlükə yaratmır və zəhərlənmə halları baş vermir.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …