Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / TANAP-ın açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək

TANAP-ın açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək

Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılışını iyunun 12-də Əskişəhərdə prezident Rəcəb Tayyib Ərdoğan edəcək.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, TANAP ilə Azərbaycanın Xəzər dənizində yerləşən “Şahdəniz-2” qaz yatağı və Xəzərin cənubundakı digər yataqlardan hasil olunacaq qazın əvvəlcə Türkiyəyə, sonra da Avropaya daşınması planlaşdırılır.

Bildirilir ki, açılış mərasimində dost və layihədə maraqlı olan ölkələrin dövlət və hökumət başçıları, onların enerji nazirləri, enerji şirkətlərinin rəhbərləri və yüksək səviyyəli şəxslər iştirak edəcək.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …