Şənbə , Dekabr 15 2018
Ana səhifə / İqtisadiyyat / Samir Şərifov devalvasiya xəbərlərinə aydınlıq gətirdi – VİDEO

Samir Şərifov devalvasiya xəbərlərinə aydınlıq gətirdi – VİDEO

Maliyyə naziri Samir Şərifov Azərbaycan manatının gələcək taleyilə bağlı yaranmış söz-söhbətlərə aydınlıq gətirib.

Nazirin açıqlamasından məlum olub ki, onun manatın möhkəmlənməsi ilə bağlı açıqlamada söhbət manatın bundae sonrakı devalvasiyası ehtimalından deyil, dollar qarşısında möhkəmlənməsindən, yəni dolların ucuzlaşaraq hazırkı 1,7 manat məzənnəsindən də aşağı düşməsindən söhbət gedir.

Nazir “Real” TV-yə açıqlamasında bildirib ki, onun mətbuata verdiyi açıqlama bəzi qüvvələr “qan çıxmayan yerdən problem yaratmaq” istəyirlər:  “Mən nə demişəm, öz sözümün altında imza atmağa hazıram. Qeyd etdiyim o idi ki, manatın kəskin möhkəmlənməsi, iqtisadiyyatımız üçün faydalı deyil. İlk növbədə milli istehsal üçün faydalı deyil. İxracatla məşğul olan sahibkarlarımız üçün də faydalı deyil. Kim bu barədə mübahisə etmək istəyirsə, mən həmin şəxslə mübahisəyə hazıram.

Bu məsələyə büdcə qaydası ilə bağlı toxunmuşdum. Biz dövlət büdcəsini maliyyələşdirmək üçün neft daxilolmalarından istifadə səviyyəsini müəyyənləşdiririk. Yəni təklif olunan neft dollarları, xarici valyuta başlayır ucuzlaşmağa. Buna müvafiq olaraq milli valyutamız başlayır möhkəmlənməyə. Bu milli iqtisadiyyatımıza mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün Mərkəzi Bank artıq xarici valyutanı bazarlardan almağa başlayır. Bununla da, manatın əlavə möhkəmlənməsinə imkan vemir”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb – QİYMƏTLƏR

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Trend-in məlumatına görə, dekabrın 14-də qızılın qiyməti dekabrın 13-ü ilə …