Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / İqtisadiyyat / Sahibləri “SƏBA”ya nədən arxa çevirir… – ASC iflasını elan edə bilər

Sahibləri “SƏBA”ya nədən arxa çevirir… – ASC iflasını elan edə bilər

Ən böyük broyler məhsulu istehsalçısı kimi tanına “SƏBA” (keçmiş “Dəvəçi Broyler”) son günlər özünün ən böhranlı dönəmini yaşamaqdadır. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub. Qaynaq iddia edir ki, vəziyyət hətta tanınmış bredndin birdəfəlik olaraq bazarları tərk etməsi ilə belə yekunlaşacaq həddədir.

Xatırladaq ki, sahibləri (bunun “Bank Respublika” olduğu qeyd olunur) zaman-zaman “Səba”dakı problemləri aradan qaldırmağa çalışırlar. Hətta bu ilin 27 avqust tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Səba” ASC-nin qiymətli kağızları BFB-də Alternativ Bazar seqmentində listinqə daxil edilib. Qeyd edək ki, ticarətə hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhm çıxarılıb (cəmi 4 milyon 790 min 592 manat).

Sahibləri "SƏBA"ya nədən arxa çevirir...

Əslində bu yolla “Səba”nın çöküşünün önlənməsinə çalışılsa da, bunun da bir fayda vermədiyi söylənilir. Belə ki, DİA.AZ-a danışan mötəbər mənbənin iddialarına görə, yaxın günlərdə “Səba” ASC rəsmən müflis elan oluna bilər.

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq…

Həmçinin oxuyun

“Binə” ticarət mərkəzi batır… – FOTOLAR

Bakıdakı ən böyük ticarət mərkəzlərindən biri də “Binə” ticarət mərkəzidir. Bu ticarət mərkəzində geyim əşyalarından …