Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Saakaşvilinin maşınını qaçırdılar

Saakaşvilinin maşınını qaçırdılar

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin “Toyota Land Cruiser” avtomobili paytaxt Kiyev şəhərində naməlum şəxslər tərəfindən qaçırılıb.

“Report” xəbər verir ki, bu barədə “Strana.ua” Baş Prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, avtomobilin dəyəri təxminən altı milyon qrivnadır (15,5 milyon rubl). Onun kriminal avtoritet Serqo Qlontinin əlaltıları tərəfindən qaçırıldığı güman edilir. “Strana.ua”nın iddiasına görə, avtomobil sahibinə əvvəllər Ukraynada saxlanılan şəxsin Macarıstana ekstradisiya edilməyəcəyi, həbsdən buraxılacağı təqdirdə qaytarılacaq.

“Strana.ua” həmçinin Saakaşvilinin adətən ictimai tədbirlərə ucuz avtomobillə gəldiyini yazıb.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ötən il mayın sonunda Odessa vilayətinə rəhbər təyin edilib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın