Ana səhifə / İqtisadiyyat / Səlahəddin Dəmirtaşa cinayət işi açılıb

Səlahəddin Dəmirtaşa cinayət işi açılıb

Türkiyədə terrorçu PKK-nın dəstəkçisi, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, deputat Səlahəddin Dəmirtaş barəsində cinayət işi açılıb.
“Report” xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyənin Diyarbəkir əyaləti prokurorluğu S.Dəmirtaş barəsində istintaqa başlayıb.

O, “türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, dövlət qurumlarını aşağılamaqda, cinayət işlətməyə təhrikdə, terrorçu qrupları dəstəkləyib, onları təbliğ etməkdə, Türkiyə prezidentini təhqir etməkdə” ittiham olunur.
Xəbərdə bildirilib ki, prokurorluq S.Dəmirtaşın deputat toxunulmazlığının qaldırılması üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın