Bazar ertəsi , Oktyabr 15 2018
Ana səhifə / İqtisadiyyat / Səddam Hüseynin qızı 10 ildən sonra danışdı: “Şərəfli ölüm idi”

Səddam Hüseynin qızı 10 ildən sonra danışdı: “Şərəfli ölüm idi”

İraqın edam edilən lideri Səddam Hüseynin qızı Raghad Hüseyn atasının ölümündən sonra ilk dəfə mətbuata müsahibə verib.

CNN televiziyasının müxbiri ilə telefon vasitəsilə danışan Hüseyn atasının amerikalı hərbçilər tərəfindən yaxalanma anının görüntülərini heç bir zaman izləmədiyini deyib.

“Ölümü ilə bağlı detallar çirkin və ağrıverici idi. Lakin şərəfli ölüm idi. Atamın ölümü ailəmizə, özümə, övladlarıma, bacılarıma eləcə də onların da övladlarına qürur verir. İraqdakı xaosun yeganə səbəbkarı ABŞ-dır”, – Raghad bildirib.

O, ABŞ-ın 45-ci Prezidenti Donald Tramp haqqında da maraqlı açıqlamalar verib:

“Tramp sələflərindən fərqli olacaq. Bu adam hələ yeni lider seçilib. Görürən odur ki, sözügedən şəxs yüksək siyasi həssaslığa malikdir. Özündən öncə prezident olanlardan fərqli istiqamət götürəcəyini göstərir. Qısacası, İraq mövzusunda digərlərinin xətalarını ifşa etdi. Bu, atama və ümumilikdə İraqa qarşı həyata keçirilən xətaların fərqində olduqları anlamına gəlir”.

Bundan əlavə, siyasətə qarışmadığını və İraqda heç bir partiyanı dəstəkləmədiyini bildirən Raghad İŞİD-lə bağlı onun haqqında yayılan iddiaların əsassız olduğunu da vurğulayıb:

“Təbii ki, bu və ya digər radikal qruplarla heç bir əlaqəm yoxdur. Üstəlik də ailəmin idealogiyası ilə ekstermist qrupalaşmaların idealogiyası arasında heç bir bənzərlik də yoxdur. Sübut olaraq deyə bilərəm ki, belə təşkilatlar biz İraqı tərk etdikdən sonra gücləndi”.

Qeyd edək ki, hazırda İordaniyanın paytaxtı Ammanda yaşayan Raghad Hüseyn İraq hökuməti tərəfindən atasının mənsub olduğu BƏƏS partiyasına dəstək verməkdə də günahlandırılır.

Rəsmi Bağdad İordaniyadan onun ekstradisiyasını tələb edir.(Axar.az)

Həmçinin oxuyun

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Nar”–ın dəstək olduğu “Brain Ring” intellektual bilik yarışlarının on ikinci mövsümü davam edir. Hər il …