Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Ruslar Suriyada səhvən kürdləri bombaladı

Ruslar Suriyada səhvən kürdləri bombaladı

Rusiya hərbi təyyarələri Suriyada koordinat yanlışlığına yol verərək, PKK-nın yerli qolu olan PYD-yə aid düşərgəni bombalayıb.

Bu barədə Türkiyə KİV təhlükəsizlik və kəşfiyyat orqanlarına istinadla xəbər yayıb.

Xəbərə görə, hadisə fevralın 20-da baş verib. Rusiya qırıcıları Haseke bölgəsində Ərəb birliklərini bombardman etdiyi vaxt koordinat yanlışlığına yol veriblər və PYD/YPG-nin Hole adlı ərazidəki qadın hərbi düşərgəsinə zərbələr endiriblər. Nəticədə düşərgə dağılıb, çoxlu sayda təlafat baş verib.

Məlumata görə, PYD/YPG rəhbərliyi hadisə ilə bağlı Suriyadakı Rusiya hərbi komandanlığına və Əsəd yönətiminə öz etirazını çatdırıb. Əsəd rejimi yanlışlığı Rusiya tərəfin etdiyini, hətta bir dəfə də özləriinə aid bazanı rusların səhvən bombaladığını bildirib.

Rusiya tərəfi isə baş vdrmiş yanlışlığa görə üzüldüklərini deməklə kifayətlənib.(azadliq.info)

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın