Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyanın hərbi bazası vuruldu: ölənlər var

Rusiyanın hərbi bazası vuruldu: ölənlər var

Rusiyanın Suriyanın Latakiya əyalətindəki Hmeymim aviabazasına bu gün güclü artilleriya zərbələri endirilib.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, rus bazası müxalif “Əhrar əş-Şam” qruplaşması tərəfindən atəşə tutulub.

Hərbi mənbələr bildirib ki, Rusiya aviabazasına artilleriya zərbələri nəticəsində ölənlər və yaralananlar var. Məlumata görə, artilleriya zərbələrindən sonra aviabazadan heç bir Rusiya təyyarəsinin havaya qalxması faktı qeydə alınmayıb.

Yada salaq ki, noyabrın 24-də Türkiyə HHQ-nin F-16 qırıcısı təərfindən vurulan Su-24 Rusiya bombardmançısı məhz Hmeymim avibazasından havaya qalxmışdı.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın