Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya və Türkiyədən dollara daha bir zərbə

Rusiya və Türkiyədən dollara daha bir zərbə

Rusiya Turizm Agentlikləri Birliyi (ATOR) 6 noyabrdan etibarən Türkiyəyə səyahətdə qiymətlərin dollar əvəzinə avro ilə hesablanacağını açıqlayıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, valyuta dəyişikliyinin qiymətlərdə ciddi artıma səbəb olmayacağı bildirilib.

Lakin, 2019-cu ilin yazından etibarən qiymətlərdə 15 faizlik bahalaşmanın olacağı gözlənilir.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları aralığında Türkiyəyə 5,2 milyon rus turist səyahət edib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …