Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Quş əti və yumurtaya əlavə rüsum qərarının müddəti artırıldı

Quş əti və yumurtaya əlavə rüsum qərarının müddəti artırıldı

Nazirlər Kabinetinin qərarı ilə 2016-cı ildən Azərbaycana idxal olunan ev toyuğunun əti və yumurtaya əlavə idxal rüsumu tətbiq olunur. Həmin vaxt rüsumlar 2 illik müddətə tətbiq olunmuşdu. 2018-ci ildə bu müddət bitirdi. Nazirlər Kabinetinin dünən qəbul etdiyi qərarla müddət daha 1 illiyə uzadılıb.

Qeyd edək ki, Nazirlər Kabineti 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar əlavə rüsum müəyyənləşdirib.

Quş əti və toyuq yumurtasına əlavə rüsumun tətbiqi daxili istehsalın qorunması məqsədilə atılmış addımdır. Hökumət yerli quşçuluq müəssisələrini qorumaq üçün əlavə rüsumların tətbiqini zəruri hesab edir. Bundan əlavə, hökumət 2017-ci ilin yanvarından Azərbaycanda quş əti satışını ƏDV-dən azad edib. Bu ilin iyununda isə Nazirlər Kabineti yumurtanı ixrac təşviqi tətbiq olunan məhsullar sırasına daxil edib. İxrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir. İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir. Bu əmsal quş yumurtası üçün 1,5-dir. Bu o deməkdir ki, quş yumurtasını ixrac edənlərə dövlət tərəfindən gömrük dəyərinin 4,5 faizi həcmində pul verilir.

Quş əti və yumurta ile ilgili görsel sonucu

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycandan 9 milyon 194.4 min ədəd quş yumurtası (süfrə) ixrac olunub. Bu alverdən 479.66 min dollar gəlir əldə edilib. Bu ilin birinci yarısında isə 41 milyon 049 min ədəd süfrə yumurtası 2 milyon 331.55 min dollara satılıb.

Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə yumurta  istehsalı 0,6 faiz azalaraq 1295,9 milyon ədəd təşkil edib. Həmin dövrdə quşçuluq fabriklərində diri çəkidə 57,3 min ton (keçən il 57,4 min ton) quş əti və 494,1 milyon ədəd (keçən il 568,4 milyon ədəd) yumurta istehsal olunub.

Nazirlər Kabinetinin son qərarında əlavə gömrük rüsumu tətbiq olunan məhsullar sırasına damazlıq yumurta da daxil edilib. Bu məhsulun hər 1000 ədədinə 100 dollar əlavə rüsum müəyyənləşdirilib ki, bu də hər yumurta üçün 10 sent deməkdir. Bu qərarı yerli damazlıq yumurta istehsalçıları xeyli müddət idi gözləyirdilər. Onlar əsasən Türkiyədən gətirilən və daha ucuz satılan damazlıq yumurta idxalına məhdudiyyət tətbiq olunması barədə hökumətə müraciət etmişdilər.

Quş əti və yumurta ile ilgili görsel sonucu

Rəsmi statistikaya görə, ötən il Azərbaycana 40 milyon 504,32 min ədən inkubasiya üçün mayalanmış quş yumurtası gətirilib ki, buna da 10 milyon 374,89 min dollar sərf olunub. Bu ilin 6 ayında idxal 12 milyon 579,48 min ədəd, buna çəkilən xərc isə 3 milyon 444,03 min dollar təşkil edib. Bu isə hər yumurtanın təxminən 25 sentə idxal olunması deməkdir. Əldə etdiyimiz məlumata görə, daxildə istehsal olunan damazlıq yumurtaların satış qiyməti 45-55 qəpik ətrafında dəyişir.

Hal hazırda isə xaricdən, özəlliklə də Türkiyədən idxal olunan damazlıq yumurtanın Azərbaycan bazarındakı qiyməti 33-35 sent arasındadır: yəni 79-80 qəpik civarında. (Musavat.com)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …