Ana səhifə / İqtisadiyyat / Prezident Masallıya 4 milyon ayırdı

Prezident Masallıya 4 milyon ayırdı

Prezident İlham Əliyev Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

” Azinforum.az ” AzərTac-a istinadən xəbər verir ki, sərəncama əsasən, Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Prezidentin imzaladığı digər sərəncamla Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işləri aparmaq üçün Masallı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …