Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 22.35 milyon manat ayırdı – Sərəncam

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 22.35 milyon manat ayırdı – Sərəncam

Bu gün Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 22,35 milyon (iyirmi iki milyon üç yüz əlli min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …