Ana səhifə / İqtisadiyyat / PKK Türkiyədə hərbi maşını partlatdı: 8 əsgər şəhid oldu

PKK Türkiyədə hərbi maşını partlatdı: 8 əsgər şəhid oldu

Türkiyənin cənub-şərqindəki Siirt vilayəti ərazisində PKK terrorçuları Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularını daşıyan hərbi avtomobili partladıblar.

NTV-nin verdiyi məlumata görə, Siirt-Pərvari yolunun kənarına daha öncə basdırılmış bombanın partladılması nəticəsində yoldan keçən hərbi avtomobilin içərisindəki 8 əsgər şəhid olub. Hadisədən sonra əraziyə əlavə qüvvələr cəlb olunub və terrorçulara qarşı əməliyyat başlayıb.

Diyarbəkir vilayətinin Licə rayonu ərazisində avqustun 18-də baş vermiş toqquşmalar nəticəsində həlak olan türk əsgərlərinin sayı isə 4-ə çatıb. Beləliklə, iki gün ərzində Türkiyə 12 əsgərini itirib. Əməliyyatlar davam edir (APA).

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın