Şənbə , Fevral 16 2019
Ana səhifə / İqtisadiyyat / “OPEC-in qərarı neft bazarını sabitləşdirəcək” – Ekspert

“OPEC-in qərarı neft bazarını sabitləşdirəcək” – Ekspert

“OPEC-in neft hasilatını azaltmaqla bağlı qərarı qiymətlərin sabitləşməsinə müəyyən təsir göstərəcək, ən azından, son aylarda olduğu kimi, onların daha da aşağı düşməsinin qarşısını alacaq”.

Bunu report-a müsahibəsində “Thomson Reuters” şirkətinin neft bazarları üzrə redaktoru Qleb Qorodyankin deyib.

Bununla yanaşı, o qeyd edib ki, hasilatı eyni saxlayan OPEC+ ölkələri ilə istehsalı kəskin artıran ABŞ arasında ziddiyyətlər yenə də qalmaqdadır:

“ABŞ hasilatı necə artırırdısa, elə də artırmağa davam edəcək. Yəni OPEC-in bazardan çıxaracağı barelləri ABŞ-ın şist nefti əvəzləyəcək”.

Qeyd edək ki, dekabrın 7-də Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvləri 2019-cu ildə gündəlik hasilatı 2018-ci ilin oktybar ayına nisbətən 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.

Bunun gündəlik, təxminən, 800 min bareli OPEC, 400 min bareli isə qeyri-OPEC ölkələrinin payına düşəcək.

Həmçinin oxuyun

Ötən mövsüm 232,2 min ton pambıq istehsal olunub

Ötən mövsüm ölkə üzrə 232,2 min ton pambıq istehsal olunub. Bu rəqəm inişil 207,5 min …