“Nikoil Bank” vətəndaşdan artıq pul tələb edir

Son dövrlər Azərbaycanda problemli kreditlər çoxalıb.Ölkədə baş verən 2-ci devalvasiyadan sonra banklar tərəfindən daha da acınacaqlı vəziyyətə salınan vətəndaşların sayı daha da artıb.

BiG.AZ xəbər verir ki, bu yaxınlarda bankların qurbanına çevrilən belə vətəndaşlardan biri ilə bağlı müraciət edilib.Həmin müraciətdə “Nikoil Bank”dan şikayət edilir.

Belə ki,şikayətdə bildirilir ki, Aşurova Vüsalə Yurik qızı onkoloji xəstə olan atasının müalicə etmək məqsədi ilə noyabrın 26-sı 2014 -cü ildə “Nikoil Bank”-dan kreditə 12 min dollar pul götürüb. Sonradan devalvasiya nəticəsində dolların kursu qalxıb və vətəndaş borcu ödəyə bilməyib

Vüsalə Aşurova 2014-cü ildən 2017-ci ilin noyabrınacan “Nikoil Bank”a , götürdüyü 12.0000 dollar müqabilində 23.558 dollar pul ödəyib.

11.000 dollardan artıq pul ödəməsinə baxmayaraq bank yenə iddia edir ki,onun yenə borcu qalıb.

Bu barədə Aşurova Vüsalənin yaxın adamı bildirib.

"Nikoil Bank" vətəndaşdan artıq pul tələb edir

“11 min dollardan çox pul ödənilməsinə baxmayaraq bank deyir ki,5300 dollar əsas məbləğdən, 2800 dollar isə faizdən gecikmə var, onu gətirib ödəyin.

Vüsalə Aşurova tək,kimsəsiz qadındır, balaca bir dükanı var.Bank onu kimsəsiz görüb ona qarşı haqsızlıq edir.Əvvəllər o bankın tərtib etdiyi ödəniş qrafiki ilə hər ay 700 dollar pul ödəyərdi.Dollar qalxdı və o bu məbləği yalnız 6-7 ay ödədi,sonradan borc süni surətdə şişdiyindən daha onun həmin məbləği ödəməyə imkanı çatmadı.

Hətta şişirdilmiş məbləğə görə belə ödənilməmiş 1500-2000 qalmışdı.Ödənişlərin bütün çekləri var.O başladı 200 dollar verməyə.Bank da 2016-cı ildə qanunsuz olaraq ondan zamindən xəbərsiz kredit müqaviləsini uzadıb .

"Nikoil Bank" vətəndaşdan artıq pul tələb edir

Aşurova Vüsalə pulu ödəyə bilmədiyi ,imkansız vəziyyətdə olduğu üçün “Nikoil Bank”dan möhlət istəyib, amma bank ona heç bir möhlət verməyib.Bank ədalətsiz olaraq , ödəniş edə-edə onu məhkəməyə verib.Hətta məhkəmədə hakim onun halına açıyaraq deyib ki,”bəs niyə sən 12 dollar artıq ödəmisən,buna razı olmusan?!”İşlə bağlı biz Ali Məhkəməyə müraciət etməyi düşünürük.

Bütün məhkəmə insantisayaları ədalətsiz olaraq bankın xeyrinə qərar çıxarıb.Təsəvvür edin ki,ödəniş çeklərini aparmışam banka göstərdim , hakim dedi ki, “sən onları evdə düzəltmisən. Sizdə o qədər pul hardandır?!.” Məzələnir bizimlə.Bu vətəndaşa qarşı məmura yaraşmaz münasibətdir.

Güzəşt etməsi üçün “Nikoil Bank”a müraciət etdik ,amma bankdan qeyri-insaniyyətlik göstərərək dedilər ki,”biz heç 5 manat da keçə bilmərik!”.

Bank özü də bilirdi ki,bu kredit onun ağır xəstə olan atasının müalicəsinə görə götürülüb.Bu haqda sənədlər də var,amma bank bunu da nəzərə almadı. Götürdüyü kreditin heç onun atasına da xeyri olmadı; atası xəstəxanada öldü.

Sadəcə bank görür ki,məhkəmələr onların xeyrinə qərar çıxardır,həm də kimsəsiz insandır, bundan istifadə edir,”ayağı yer alır”.

Bank görür ki, sakit adamdır,zəng edib təzyiq edən,qorxudan kimi gətirib pul verir, bundan istifadə edir. Bundan baqa Vüsalə Aşurova pulu manatla istəyib, ona isə dollarla veriblər krediti .Kassadan götürdüyü pul da manatla olub ki,bu da başqa bir qanunsuzludur.Bu müştərini aldatmaqdır.

Dolların kursu qalxdı ,kredit problemli kreditə çevrildi,amma “Nikoil Bank” dan nə qədər xahiş edilsə də rəhmsizcəsinə 1 qəpik belə güzəşt etmədi. Bankın işçisi dedi ki,”görürsüz ki,siz bütün məhkəmələri uduzmusuz.Ona görə də dediyimiz pulu qəpiyinəcən ödəyəcəksiniz”,- deyə Vüsalə Aşurovanın yaxını müxbirimizə bildirdi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Загрузка...