Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Nikoil Bank” bağlanma təhlükəsi ilə üz-üzə… – böhrandan çıxa bilmir

“Nikoil Bank” bağlanma təhlükəsi ilə üz-üzə… – böhrandan çıxa bilmir

“Nikoil Bank” 2018-ci ili 135 mln 200,6 min manat zərərlə başa vurub.

BakuPost-un məlumatına görə, bu, bankın “Mənfəət və Zərər” haqqında hesabatında əksini tapıb. 

Beləliklə, 2017-ci illə müqayisədə bankın zərəri 50 dəfəyə qədər artıb. “Nikoil Bank” 2017-ci ili 2 mln 708,6 min manat zərərlə başa vurub. 

Bankın cəmi aktivləri də azalıb. Bankın 2018-ci il üzrə cəmi aktivləri 2017-ci illə müqayisədə 4,64% azalaraq 417 mln 40,2 min manat, cəmi kapitalı isə 12,40% azalaraq 65 mln 672,6 min manat olub. “Nikoil Bank”ın kredit portfelində də azalma qeydə alınıb. 2018-ci ildə bankın kredit portfeli 2,86% azalıb və 282 mln 713 min manat olub. 

Qeyd edək ki, “Nikoil Bank” devalivasiyadan sonra düşdüyü çətin durumdan çıxa bilmir. 2016-ci ildə 20 filial ilə fəaliyyət göstəribsə, 2018-ci ilin birinci yarımilində bu flialların sayı 10 düşmüş, yəni 10 filialı bağlanmışdı.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …