Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Nemtsovu öldürənlərə 500 min rubl avans verilib

Nemtsovu öldürənlərə 500 min rubl avans verilib

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlinin icraçıları kimi ehtimal edilən şəxslərə sifarişçi 500 min rubl avans verilir.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bunu “Sever” batalyonunun keçmiş döyüşçüsü Zaur Dadaev istintaqa ifadəsində bildirib. Məlumatda qeyd edilir ki, video kamera vasitəsilə alınan bu ifadənin Rusiya İstintaq Komitəsi yayılmamasına cəhd edir.

Hüquq-mühafizə orqanlarında mənbənin bildirdiyinə görə, Zaur Dadaevin yazılı ifadəsindən əlavə, video kamera vasitəsilə alınan ifadəsi də mövcuddur. Həmin sorğu-sualda yazılı protokola düşməyən çoxlu məlumat olduğu iddia edilir.

Belə ki, Dadaevin etirafına görə, müəmmalı Rusik yalnız Nemtsovun öldürülməsinə görə 15 milyon rubl (icraçıların hərəsinə 5 milyon rubl) vəd edib , ancaq avans olaraq 500 min rubl ödəyib. İstintaq Komitəsi də belə ehtimal edir ki, Dadaevin saxlanıldığı zaman tapılan 100 min rubl bu pulun bir hissəsidir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın