Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / İqtisadiyyat / Neft Fondu ölkənin pullarını hara qoyub? –Açıqlama

Neft Fondu ölkənin pullarını hara qoyub? –Açıqlama

Azərbaycan Respublikası Dövlət Neft Fondunun  səhmlərə investisiyalarının artması dünya iqtisadiyyatında müşahidə olunan trendlərdən də asılı olacaq.

Bu barədə Trend-ə Fonddan məlumat veriblər. Bildirilib ki, bundan əvvəl deyildiyi kimi, Fondun strategiyasının əsas istiqamətlərindən biri tamamilə şaxələndirilmiş portfelin yaradılmasıdır: “2012-ci ildən Dövlət Neft Fondu özündə müxtəlif şirkətləri, ölkələri və sahələri birləşdirən dünya səhm bazarına investisiya qoymağa başladı. Qeyd olunmalıdır ki, bu proses həm xarici menecerlərin, həm də Fondun mütəxəssislərinin köməyi ilə həyata keçirilib”.

SOFAZ-dan xatırladıblar ki, 2018-ci ilin birinci rübünün sonuna investisiya portfelində səhmlərin payı 14,2 faiz təşkil edib. Fondun investisiya siyasətinə uyğun olaraq, səhmlərə portfelin 25 faizinədək investisiya qoyula bilər: “Gələcəkdə səhmlərə yeni yatırımlar dünya iqtisadiyyatındakı trendlərdən, həmçinin səhmlər, gəlirlər, volatillik və bir çox digər amillər daxil olmaqla, səhm bazarındakı vəziyyətdən asılı olacaq”.

Qeyd olunub ki, 2018-ci il aprelin 1-nə Dövlət Neft Fondunun investisiya portfelinin ümumi həcmi 37,63 milyard ABŞ dolları ( ötən il 35,806 milyard dollar) və ya ümumi aktivlərin təxminən 100 faizini təşkil edib. Beləliklə,Fondun investisiya portfelinin 3,4 faizi həcmində sərmayə qızıla, 5,8 faizi daşınmaz əmlaka, 14,2 faizi səhmlərə, 76,6 faizi isə istiqrazlar və digər pul bazarı alətlərinə qoyulub.

Həmçinin oxuyun

“Binə” ticarət mərkəzi batır… – FOTOLAR

Bakıdakı ən böyük ticarət mərkəzlərindən biri də “Binə” ticarət mərkəzidir. Bu ticarət mərkəzində geyim əşyalarından …