Cümə , Yanvar 18 2019
Ana səhifə / İqtisadiyyat / Mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır

Mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır.

Bunu Trend-ə AMFA-nın icraçı direktoru Jalə Hacıyeva deyib.

Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, mikrokredit təşkilatlarının təkrar maliyyələşdirilməsi xarici yox, yerli valyutada aparılsın:”Ona görə də xarici vəsaitlərin hedcləndikdən sonra Azərbaycana daxil olması məqsədəuyğundur”.

J.Hacıyeva həmçinin qeyd edib ki, apreldə adətən investorlar Azərbaycana səfər edir və potensial müştərilərlə görüşür:

“Biz inanırıq ki, bir sıra mikrokredit təşkilatları təkrar maliyyələşdirilmə ilə bağlı xarici investorlarla müqavilələr imzalayacaq”.

VIPedu.BIZ

Həmçinin oxuyun

MAHMUDOVUN DOSTUNUN BANKI DİRÇƏLİR, YOXSA…? – Bəzi qurumlar AGBank-la əməkdaşlığı dayandırıb

Mətbuatda daha çox sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın bank kimi tanınan “AGBank”ın (əvvəlki …