Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Məkkədə şeytan daşlamada 220 hacı öldü, 500-dək yaralı var

Məkkədə şeytan daşlamada 220 hacı öldü, 500-dək yaralı var

Son məlumata görə, ölənlərin sayı 220 nəfəri keçib. Yaralıların sayı isə artmaqda davam edir.

*   *   *13:52

Bu gün Məkkədə həcc mərasiminin əsas ayinlərindən birinin-şeytana daş atmanın  yerinə yetirilməsi zamanı yaranan basabasda 100-dən çox hacı həlak olub.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının mülki müdafiə xidməti məlumat yayıb.

Bildirilir ki, Mina vadisində yaranan basabas nəticəsində yüzlərlə adam yaralanıb. Məlumata görə, yüz minlərlə dindarın toplaşdığı bayram namazından sonra şeytana daş atma mərasimi başlayıb və bu zaman yaranan basabasda ən azı 100-dən çox adam həlak olub.

Ən azı 400 nəfərin yaralandığı bildiriir. Həlak olanların milliyəti barədə hələlik məlumat yoxdur.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın