Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Kiprdə erməni tamaşasına etiraz edən tələbələr zorakılığa məruz qalıb

Kiprdə erməni tamaşasına etiraz edən tələbələr zorakılığa məruz qalıb

Ötən gün Şimali Kiprdə azərbaycanlı tələbələrin erməni əsilli aktyorun tamaşasına etirazı haqda məlumat vermişdik. Doğu Akdeniz Universiteti Azərbaycanlı Tələbə Cəmiyyətinin sədri Orxan Mütəllimli redaksiyamızla əlaqə saxlayaraq baş verən hadisə ilə bağlı məlumat verib.
O.Mütəllimli bildirib ki, erməni əsilli yazar və aktyor Aret Vartanyan “Acı, tatlı aşk” adlı tamaşasını səhnələşdirmək üçün Doğu Akdeniz Universitetinin Rauf Denktaş konfrans salonuna dəvət alıb. Məsələ ilə bağlı hələ bir neçə gün əvvəldən DAÜ Azərbaycanlı Tələbə Cəmiyyətli rektorluğa etirazlarını bildiriblər. Cəmiyyətin sədri məsələ ilə bağlı Gazimağusa polisinə çağrılıb. Ondan tamaşanı protesto etməyəcəkləri haqqında izahat tələb olunub.
Tamaşa göstərildiyi vaxt Universitetin 300-dən çox azərbaycanlı tələbəsinin DAÜ Mədəniyyət Mərkəzinin qarşısında keçirdiləri etiraz aksiyası polis müqavimətinə tuş gəlib. Belə ki, azərbaycanlı gəncdən bayrağımızı zorla almağa çalışan polis istədiyinə nail ola bilməyib. O.Mütəllimli deyir ki, azərbaycanlı gənclərin etirazına baxmayaraq erməni yazarın tamaşası polis qoruması altında səhnələşdirilrib. Dünən saat 20.00-da başlayan tamaşa 22.00 da bitib və bu saatlar ərzində universitetin azərbaycanlı gəncləri polis təzyiqinə məruz qalıblar.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın