Ana səhifə / İqtisadiyyat / İsveçdəki Türk Mədəniyyət Mərkəzinin binası da partladıldı

İsveçdəki Türk Mədəniyyət Mərkəzinin binası da partladıldı

İsveçin paytaxtı Stokholm şəhəri yaxınlığında yerləşən Türk Mədəniyyət Mərkəzinə məxsus binada partlayış baş verib.

Virtualaz.org İTAR-TASS-a istinadən bildirir ki, hadisə yerli vaxtla saat 21:35-də qeydə alınıb. Hadisə nəticəsində binanın bütün şüşələri sınıb.

İsveçin Aftonbladet nəşri isə şahidlərə istinadən yazır ki, eyni vaxtda bir neçə nəfər Mərkəsin ofisinə nəsə atıblar və partlayış da bundan sonra baş verib.

Bildirilir ki, polis ərazini əhatəyə alıb. Hadisə yerinə minaaxtaranlar, yanğınsöndürənlər, təcili yardım maşınları və helikopterlər cəlb olunub.

Zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın