Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İçki bazarında qiymət artımı olacaq: Aksiz təsdiqləndi

İçki bazarında qiymət artımı olacaq: Aksiz təsdiqləndi

Qarşıdan gələn yeni ildə araqların, energetik içkilərin bahalaşmasının şahidi olacağıq. 

Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilərə aksiz vergisi qoyulduğundan qiymətlərin qalxması qaçılmaz olacaq.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat vergi hesablanıb.

Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

Qeyd edək ki, əvvəllər energetik içkilər ümumiyyətlə aksiz vergisi tətbiq edilən malların siyahısına daxil deyildi və bu təklifin təsdiqlənəcəyinə böyük şübhələr vardı.

Energetik içkilərin çox sosial narazılıq doğurmasını və insan orqanizminə ziyanın nəzərə alan dövlət qurumları onun aksizləşdirilməsinə tərəfdar çıxdılar. Hazırda Azərbaycanda energetik içkilər istehsal edən iki böyük şirkət fəaliyyət göstərir.

Həmçinin ölkəmizə idxal edilən araqlar da daxil olmaqla spirtli içkilərə də aksiz vurulduğundan onların da qiyməti qalxacaq.

Hələ yay aylarından başlayaraq Vergilər Nazirliyinin dövriyyədə böyük miqdarda saxta spirtli məhsullar aşkar etməsi və bundan sonra nəzarət tədbirlərini gücləndirməsi bazarda 20%-dək bahalaşma yaratmışdı.

2019-cu ildə vergi inzibatçılığının daha da ciddiləşdirilməsi bu sahədəki yayınmaları azaltmağa yönələn tədbirlər nəticədə büdcəyə daha çox vəsait daxil olmasına və təbii ki, həm də bazarda qiymət artımına səbəb olacaq.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …