Ana səhifə / İqtisadiyyat / «HEYDƏR ƏSƏDOV MAXİNASİYALARIN İDARƏÇİSİ İDİ» – Eks-nazirə ağır ittihamlar

«HEYDƏR ƏSƏDOV MAXİNASİYALARIN İDARƏÇİSİ İDİ» – Eks-nazirə ağır ittihamlar

Bunu Kənd Təsərrüfatı nazirliyinin təşkil etdiyi press tur zamanı açıqlamasında Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib.

O deyib ki, eks-nazir Heydər Əsədov bu maxinasiyaların idarəçisi idi: “Hələ Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun dövründən sərgilər başqa istiqamətlərə yönəlməyə başaldı. Hətta sərgilərin birində polislər məni bayıra çıxardılar. Çünki insanlara zir-zibil almağa imkan vermirdim. Bal yarmakasında çox böyük maxinasiyalar gedirdi. Bu il qismən qarşısı alınsa da, yenə də tam nail ola bilmədik”.

B.Həsrətov bu məsələlərlə bağlı eks-nazir Heydər Əsədovun qəbulunda olduğunu vurğulayıb: “Bu problemlərlə bağlı məni qəbul edirdi, fikirlərimi dinləyirdi, deyirdi “oldu, yaxşı”. Amma mən qapıdan çıxandan sonra komandasına “assosiasiyalara imkan verməyin” göstərişini verirdi. Hər yerdən yollarımızı kəsirdilər, qısqanclıq vardı. Subsidiya məsələsi niyə bu günədək gecikir? Biz təklif verdik ki, arı ailələrinin sayılma prosesində assosiasiya nümayəndəsi də iştirak etsin. Amma nazirlik buna razı olmadı, çünki biz olan yerdə maxinasiya edə bilmirdilər. Bugünədək mübarizədə olmuşuq. Amma inanıram ki, yeni nazir İnam müəllim bizə dəstək olacaq”.

Arıçılq təsərrüfatı barədə məlumat verən B.Həsrətov minə yaxın arı pətəyinin olduğu müəssisədə bir neçə şöbənin fəaliyyət göstərdiyini açıqlayıb: “Bunlar bal, arı südü, damazlıq ana arının yetişdirilməsi, arı pətəklərinin, çərçivələrin hazırlanması sexləri, təsərrüfat məqsədli anbar, istixana, bal verən arıların yetişdirilməsi və çoxaldılması, bal emalı və qablaşdırılması sexidir (avqust ayında fəaliyyətə başlayacaq). Təsərrüfatı 2011-ci ildən genişləndirməyə başlamışıq. “Bal evi”miz hələ tam gücü ilə işləmir. Turistləri qəbul edəndən sonra daha geniş fəaliyyət göstərəcəyik. Hazırda müəssisənin 14 adda məhsulu var. Bunlardan 4-ü qablaşmayan, 10-u isə qablaşan məhsullardır. Təsərrüfat ildə 20 ton bal istehsalı üçün nəzərdə tutulub, amma bu rəqəm ildən ilə dəyişə bilir. Ərəb ölkələri ilə razılaşmalarımız var. Bu il üçün bizə Dubaydan 50 ton bal sifariş edilib. Öz balımızla yanaşı, ətraf rayonlardan da bal alıb, qablaşdıraraq ixrac etməyi düşünürük. Əsas hədəfimiz xarici bazarlardır. Gələcəkdə burada apiterapiya (arılarla müalicə) mərkəzi də yaratmağı düşünürük”. (modern.az)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …