Çərşənbə axşamı , Yanvar 22 2019
Ana səhifə / İqtisadiyyat / “Fitch”: Bu il Azərbaycanda dollar 1,73 manat olacaq

“Fitch”: Bu il Azərbaycanda dollar 1,73 manat olacaq

“Fitch” beynəlxalq reytinq agentliyi qrupuna daxil olan “BMI Research” araşdırma şirkəti Azərbaycanda növbəti iki il üçün manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb.

APA xəbər verir ki, şirkətin Azərbaycanla bağlı hazırladığı “Ölkə üzrə risk” adlı proqnoz hesabatında qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda dolların manata qarşı məzənnəsinin 1,73 manat səviyyəsində olacağı proqnozlaşdırılır.

Hesabatda, həmçinin bildirilir ki, 2019-cu ildə dolların manata qarşı məzənnəsinin 1,71 manat səviyyəsində olacağı gözlənilir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Struktur islahatları işsizliyi artıra bilərmi? – TƏHLİL

Ölkədə həyata keçirilən struktur islahatlarının istər-istəməz bir qrup vətəndaşı işsiz qoyacağı qaçılmazdır. Çünki islahatlar çox …